Əsas məzmuna keç

Sabunçuda 48 kq narkotik aşkarlandı

Sabunçuda 48 kq narkotik aşkarlandı

Sabunçu Rayon Polis İdarəsinin əməliyyatı nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Saxlanılan şəxsdə hansı növ psixotrop maddələr tapılıb?

en ru

Bakının Sabunçu rayonunda 48 kiloqram narkotik aşkarlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 38 yaşlı Cavid Quliyevdən 3 kiloqram marixuana və heroin, 35 yaşlı Qurban Əliyevdən 20 kiloqram heroin, metamfetamin və marixuana, 21 yaşlı Rahib Hüseynovdan 22 kiloqrama yaxın marixuana, metamfetamin və tiryək, 32 yaşlı Zamin Abdullayevə məxsus avtomobildən isə 3 kiloqram marixuana və həşiş aşkarlanıb.

Əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…