Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu: Temperatur 23 dərəcəyə yüksələcək

2 dəq
Paylaş:
Sabahın hava proqnozu: Temperatur 23 dərəcəyə yüksələcək

Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax