Əsas məzmuna keç

Sabah temperatur 40 dərəcəyədək yüksələcək

Sabah temperatur 40 dərəcəyədək yüksələcək

Sinoptiklərin xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti hökm sürəcək. Termometrlər rekord göstəricilərə çatacaq.

ru en

Bakıda və yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…