Əsas məzmuna keç

İyunun 1-nə olan hava proqnozu: bəzi bölgələrdə şimşək çaxacağı gözlənilir

İyunun 1-nə olan hava proqnozu: bəzi bölgələrdə şimşək çaxacağı gözlənilir

Milli Hidrometeorologiya Xidməti iyunun 1-i üçün gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

en ru

Milli Hidrometeorologiya Xidmətinin “Operativ Məlumat Mərkəzi-OMM”-ə verdiyi məlumata əsasən, iyunun 1-də Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gündüz saatlarında şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Temperatur göstəriciləri:

  • Bakı və Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-27° isti olacaq.
  • Atmosfer təzyiqi 762 mm sütunundan 758 mm civə sütununa enəcək.
  • Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağacağı, çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 11-16°, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacağı gözlənilir.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 10° 9° yağış 61%
  2. Sabah Tutqun 12° 9°
  3. Birisi gün Az buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…