Əsas məzmuna keç

Sabah hava kəskin dəyişir: Küləyin sürəti 20 m/s-ə çatacaq

Sabah hava kəskin dəyişir: Küləyin sürəti 20 m/s-ə çatacaq

Bakı və Abşeron yarımadasında meteo-şərait kəskin dəyişir. ETSN-in son proqnozuna görə, temperatur enəcək, şimal-qərb mehi güclənəcək. Bəs yağıntı gözlənilirmi?

en ru

Bakıda və yarımadasında mayın 19-u gün ərzində fasilələrlə yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, çaxacağı ehtimalı var.

Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20-24° isti olacaq.

Hava proqnozu

19° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…