Əsas məzmuna keç

Sentyabrın 15-də hava 34 dərəcə isti olacaq

Sentyabrın 15-də hava 34 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti sentyabrın 15-i üçün proqnozu açıqladı. Bakı və bölgələrdə hava necə olacaq? Məktəbliləri şimşək və duman gözləyirmi?

ru en

Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…