Əsas məzmuna keç

Bakıda güclü küləyə qarşı təhlükəsizlik tədbirləri görülüb

Bakıda güclü küləyə qarşı təhlükəsizlik tədbirləri görülüb

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirdi: Yaşıllaşdırma Təsərrüfatı Birliyi ağacların budanması və risklərin aradan qaldırılmasına başladı.

ru en

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı tədbirləri çərçivəsində işlər həyata keçirir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, vasitələri və digər obyektlər üçün potensial təhlükə yarada bilən ağaclar mütəxəssislər tərəfindən müəyyən edilir.

Aidiyyatı dövlət qurumunun müvafiq rəyi əsasında təhlükə yaradan qurumuş ağacların götürülməsi, həmçinin ağacların qurumuş, zədələnmiş və təhlükə yarada biləcək budaqlarının budanması həyata keçirilir.

Tədbirlərin əsas məqsədi zamanı yarana biləcək mümkün fəsadların qarşısının alınması, vətəndaşların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun sağlam və dayanıqlı vəziyyətdə saxlanılmasıdır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…