Əsas məzmuna keç

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Sinoptiklərin proqnozuna görə, Bakı və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə olunacaq. Temperaturun yüksəlməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq.

en ru

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 24-də Bakıda və yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir, cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq.

Atmosfer təzyiqi isə 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddəlti az yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

Hava proqnozu

20° Bakıda indiÇiskin
  1. Bu gün Günəşli 21° 19° yağış 51%
  2. Sabah Günəşli 23° 19°
  3. Birigün Günəşli 23° 20°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…