Əsas məzmuna keç

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti Bakı və rayonlar üzrə proqnozu açıqladı: Sentyabrın 9-da temperatur yüksələcək, bəzi bölgələrdə isə leysan gözlənilir.

ru en

Azərbaycanda sentyabrın 9-da 28 dərəcə isti olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. -qərb səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19° isti olacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…