Əsas məzmuna keç

İran sərhədində PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İran sərhədində PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan qaçaqmalçılıq faktı ilə bağlı təfərrüatlar məlum olub. İran sərhədində PUA vasitəsilə daşınan külli miqdarda narkotik necə ələ keçirildi?

en ru

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı () vasitəsilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

Sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…