Əsas məzmuna keç

Sabah hava 20 dərəcəyədək isinəcək

Sabah hava 20 dərəcəyədək isinəcək

Milli Hidrometeorologiya Xidməti martın 19-u üçün hava məlumatını yaydı. Bakı, Abşeron və rayonlarda gözlənilən hərarət artımı və duman ehtimalı barədə ətraflı...

ru en

Azərbaycanda martın 19-da hava şəraitinin istiləşəcəyi və temperaturun 20 dərəcəyə çatacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Milli Hidrometeorologiya açıqlayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz isə 10-15° isti təşkil edəcək.

Paytaxtda atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət isə gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimal edilir. Arabir duman müşahidə olunacaq və mülayim şərq küləyi əsəcək. Temperatur gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda isə gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…