Əsas məzmuna keç

Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ

Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ

Mayın 31-i axşam saat 20:00-dan başlayaraq iyunun 1-i saat 14:00-dək qasırğası olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, son üç gün ərzində aktivliyi artıb, radiosiqnalları və pozulmasına gətirən çoxlu M , eləcə də radiodalğaların yayılmasına, mobil rabitəyə güclü mane olan X1.4 sinif alışmaları yüksək səviyyədə olub:

"Günəş səthində digər aktiv oblastlar M sinif alışmalarla aktivliklərini davam etdirib. Mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq. Mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək. Bu periodda geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…