Əsas məzmuna keç

Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - PROQNOZ

İyulun 29-da Azərbaycanda 40 dərəcə isti gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 22° 18° yağış 41%
  2. Sabah Yüngül leysan 18° 16° yağış 86%
  3. Birigün Arabir yağış 17° 15° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #yağış
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…