Əsas məzmuna keç

Oktyabr yağışla başlayır - Güclü külək və sel xəbərdarlığı - DETALLAR

Oktyabr yağışla başlayır - Güclü külək və sel xəbərdarlığı - DETALLAR

oktyabrın ilk ongünlüyündə hava əsasən sərin və yağıntılı keçəcək. Temperaturun bəzi günlərdə 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.İki bölgədə narıncı...

en ru

Oktyabrın ilk günlərində Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Ölkənin bir sıra bölgələrində , bəzi ərazilərdə isə , sel və daşqın riski var.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın ilk ongünlüyündə hava əsasən sərin və yağıntılı keçəcək. Temperaturun bəzi günlərdə 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.

İki bölgədə narıncı xəbərdarlıq

Güclü küləklə bağlı Neftçala və Qobustan rayonlarında narıncı xəbərdarlıq elan olunub.

Bu ərazilərdə küləyin sürətinin saniyədə 20-28 metrədək yüksələcəyi gözlənilir. Güclü küləyin oktyabrın ilk iki günündə davam edəcəyi bildirilir.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, işğaldan azad edilmiş Kəlbəcər, Cəbrayıl və Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında isə sarı xəbərdarlıq qüvvədədir.

Bu ərazilərdə küləyin sürəti saniyədə 13-20 metrə qədər güclənə bilər.

Bakı və Abşeronda güclü leysan: Aylıq norma 279% keçildi | Operativ Məlumat Mərkəzi

Bir həftə yağış yağacaq

Proqnoza görə, bu gün axşamdan və sabah səhərdən etibarən ölkə ərazisində yağıntılı daha da genişlənəcək.

İlk ongünlük ərzində fasilələrlə yağış, bəzi ərazilərdə isə leysan xarakterli intensiv yağıntılar gözlənilir. Kiçik və Böyük Qafqazın ətəklərindən keçən çaylarda sululuğun artacağı bildirilir.

Lənkəran-Astara bölgəsindəki çaylarda isə sel və daşqın ehtimalı var.

Yüksək dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçməsi, bəzi yerlərdə dolu düşməsi, şimşək çaxması mümkündür.

Bakıda hava necə olacaq?

Bakıda və yarımadasında oktyabrın ilk günü hava əsasən dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam saatlarında duman müşahidə oluna bilər.

Şimal-qərb küləyi axşam saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxt və Abşeron yarımadasında gecə temperaturu 17-18 dərəcə, gündüz isə 22-26 dərəcə olacaq.

Bakıda ŞİDDƏTLİ leysan yağacaq - XƏBƏRDARLIQ | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Bölgələrdə temperatur 28 dərəcəyədək yüksələcək

Bölgələrdə hava dəyişkən buludlu olacaq. Ayrı-ayrı yerlərdə fasilələrlə yağış, bəzi ərazilərdə isə leysan xarakterli yağıntı gözlənilir.

Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur.

Bölgələrdə gecə temperaturu 15-17 dərəcə, gündüz 22-27, bəzi yerlərdə 28 dərəcəyədək yüksələcək.

Yüksək dağlıq ərazilərdə isə gecə temperaturu 6-8 dərəcə, gündüz 15-20 dərəcə olacaq.

Oktyabrın ilk ongünlüyündə hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, oktyabrın ilk ongünlüyündə hava şəraiti əsasən sərin və yağıntılı olacaq. Temperatur bəzi günlərdə kəskin aşağı düşə bilər.

Yağıntının miqdarının ümumilikdə iqlim normasına yaxın olacağı, bəzi ərazilərdə isə normadan artıq yağıntı düşəcəyi gözlənilir.

Beləliklə, oktyabrın ilk günlərində həm yağışlı hava, həm də güclü küləklə bağlı xəbərdarlıqlar qüvvədə olacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…