Əsas məzmuna keç

Yağış, SULU QAR YAĞACAQ: Soyuq hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Yağış, SULU QAR YAĞACAQ: Soyuq hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

, gün ərzində paytaxt və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında qısamüddətli leysan xarakterli yağış...

en ru

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və yarımadasında fasilələrlə çiskin xarakterli yağır.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki,, gün ərzində paytaxt və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam saatlarında qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 21-24 dərəcə isti olacağı bildirilir. Atmosfer təzyiqi normadan bir qədər yüksək – 763 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət isə 60-65 faiz olacaq.

Rayonlarda leysan, dolu və sulu qar ehtimalı

Ölkənin rayonlarında da gün ərzində əsasən yağmursuz gözlənilir. Lakin gecə saatlarında hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır.

Bəzi dağlıq və dağətəyi ərazilərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağması ehtimalı da var.

Yağıntıların intensiv olacağı təqdirdə dağ çaylarından qısamüddətli sel keçə bilər.

Külək istiqamətini dəyişəcək

Proqnoza əsasən, bu gün ölkə ərazisində gecə saatlarından əsən şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəzlənəcək. Bəzi saatlarda küləyin sürətinin artacağı gözlənilir.

Oktyabrın ilk ongünlüyü yağışlı keçəcək

Milli Hidrometeorologiya Xidməti oktyabr ayı ilə bağlı ilkin hava proqnozunu da açıqlayıb.

Məlumata görə, oktyabrın ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağıntılı olacağı gözlənilir. Bəzi günlərdə yağışın leysan xarakterli olacağı ehtimal edilir.

İlk ongünlükdən sonra hava şəraitinin nisbətən mülayimləşəcəyi gözlənilir. Bununla belə, oktyabr ayında havanın temperaturu hazırkı günlərlə müqayisədə daha aşağı olacaq və əsasən 20 dərəcə ətrafında dəyişəcək. Bəzi günlərdə temperaturun 19 dərəcəyədək isti olacağı bildirilir.

Meteohəssas insanlara gəlincə, gözlənilən hava şəraitinin onların səhhəti üçün ciddi narahatlıq yaratması gözlənilmir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…