Əsas məzmuna keç

Rusiya Ukraynaya qarşı təzyiqləri artıracağını bəyan edib

Rusiya Ukraynaya qarşı təzyiqləri artıracağını bəyan edib

Kreml sözçüsü Dmitri Peskov Avropa İttifaqının sanksiya çağırışlarına cavab olaraq, Rusiyanın qarşıya qoyulan hədəflərə çatmaq üçün Ukrayna üzərindəki təzyiqi davam etdirəcəyini bildirib.

en ru

Kreml Ukraynaya qarşı təzyiqlərin artırılacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezidentinin mətbuat katibi Moskvada jurnalistlərin suallarını cavablandırarkən ilə bağlı hərbi və siyasi təzyiqlərin davam etdiriləcəyini bildirib.

Məlumata görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyaya qarşı yeni sanksiyalar və əlavə təzyiqlərlə bağlı çağırışlarına münasibət bildirib.

O qeyd edib ki, Rusiya qarşıya qoyulan məqsədlərə nail olmaqda qərarlıdır və Kiyev üzərində təzyiqin davam etdiriləcəyini vurğulayıb. Peskov həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Vladimir Putinə Kiyev və digər bölgələrə endirilən zərbələrin nəticələri barədə mütəmadi məlumat verdiyini bildirib.

Kreml sözçüsü iddia edib ki, həyata keçirilən zərbələr yalnız hərbi və hərbi əhəmiyyətli obyektləri hədəf alır.

Eyni zamanda o, Avropa İttifaqını tənqid edərək, Brüsselin Rusiya ilə qarşıdurma xəttini seçdiyini və regionda gərginliyi artırdığını deyib.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri son hücumlar zamanı Rusiya tərəfindən 74 raket və 496 pilotsuz uçuş aparatının istifadə edildiyini açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…