Kremlin sözçüsü Dmitriy Peskov ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə ilə bağlı verdiyi açıqlamaların gərginliyin artmasına səbəb olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalnının paytaxt Moskvada keçirilən dəfn mərasimində təşkil edilən nümayişlə bağlı sualı cavablandıran Peskov bunun icazəsiz bir aksiya olduğunu bildirib.
"İcazəsiz istənilən hərəkət qanuna ziddir. Ona görə də bu aksiyada iştirak edənlər məsuliyyət daşıyacaqlar", - Peskov bildirib.
Peskov, "Bəzi Avropa ölkələrindən son dərəcə məsuliyyətsiz bəyanatlar eşidirik. İndi bunu okeanın o tayından eşidirik. Bu bəyanatlar gərginliyin artmasına səbəb olur və NATO-nun baxışını göstərir. NATO Ukraynanı öz ərazisi kimi görür. Bu, Rusiyadır, onun etdikləri xüsusi hərbi əməliyyatın düzgün aparıldığını göstərir”, - deyə əlavə edib.
Rusiya rəsmisi: "NATO Ukraynanı öz ərazisi kimi görür"
2 dəq