Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya reaktiv “Şahed”lərdən istifadə edir: Ukrayna şirkətləri sürətli dronlar hazırlayır

3 dəq
Paylaş:
Rusiya reaktiv “Şahed”lərdən istifadə edir: Ukrayna şirkətləri sürətli dronlar hazırlayır

Rusiya qüvvələrinin Ukraynaya qarşı mühərrikli “Şahed” dronlarından istifadə etməsi Kiyevin hava hücumundan müdafiə imkanları qarşısında yeni çağırış yaradıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiyada “Geran” adı ilə tanınan bu dronların yüksək sürəti Ukraynanın mövcud hava hücumundan müdafiə sistemlərinin reaksiya müddətini azaldır.

Məlumata görə, təxminən 500 km/saat sürətlə hərəkət edə bilən reaktiv dronlara qarşı mübarizə məqsədilə müdafiə şirkətləri daha sürətli və çevik “” (tutucu) dronların hazırlanmasına başlayıb.

Böyük Britaniyada keçirilən “Farnborough International Airshow” sərgisində Ukraynanın “SkyFall” şirkəti yeni “” modelini təqdim edib. Şirkətin məlumatına əsasən, bu dron 370 km/saat sürətə çata bilir. İstehsalçı bildirib ki, layihə üzərində işlərə cəmi üç ay əvvəl başlanılsa da, sistem artıq döyüş şəraitində sınaqdan keçirilib və bir neçə reaktiv “Şahed” dronunun məhv edilməsində istifadə olunub. Şirkət avqust ayından etibarən kütləvi istehsala başlamağı planlaşdırır.

Məlumata görə, digər şirkətləri də bu istiqamətdə çalışmalarını davam etdirir.

“General Cherry” şirkəti “Bullet” adlı tutucu dronun sürətini 400 km/saatdan yuxarı artırmaq üçün təkmilləşdirmə işləri aparır. Sınaqların avqustda, kütləvi istehsalın isə sentyabrda başlaması gözlənilir.

“Firebolt Engineering” şirkəti isə Böyük Britaniyanın “Dynamic Propulsion” şirkəti ilə çərçivəsində “Griffen” adlı reaktiv tutucu dron üzərində işləyir. Hazırda 350 km/saat sürətə malik olan bu sistemin artıq ilk uğurlu ələ keçirmə əməliyyatını həyata keçirdiyi bildirilir.

Ekspertlər qeyd edirlər ki, reaktiv dronlarla mübarizədə təkcə sürətin artırılması deyil, eyni zamanda istehsal xərclərinin aşağı salınması da əsas amillərdən biridir. Ukrayna tərəfi Rusiya dron hücumlarına qarşı daha əlçatan və kütləvi istehsala uyğun müdafiə sistemlərinin yaradılmasına üstünlük verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax