Almaniya Yaxın Şərqdəki münaqişə fonunda Rusiya qazının tədarükünün dayandırılmasından narahatdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Focus” jurnalı məlumat yayıb.
Nəşrin müəllifləri qeyd edirlər ki, Rusiya qazının tədarükünün dayandırılması Avropa qaz bazarındakı vəziyyəti daha da pisləşdirə və enerji qiymətlərinin artmasına səbəb ola bilər.
Bundan əlavə, ərzaq və istilik xərclərinin də arta biləcəyi vurğulanır.