Əsas məzmuna keç

Küba tamamilə qaranlığa qərq oldu: Əhali ciddi problemlərlə üzləşib

Küba tamamilə qaranlığa qərq oldu: Əhali ciddi problemlərlə üzləşib

Ölkənin enerji şəbəkəsində baş verən növbəti çökmə nəticəsində milyonlarla insan işıqsız və susuz qalıb.

en ru

Kubada milli şəbəkəsində baş verən növbəti nasazlıq ölkənin böyük hissəsini yenidən qaranlığa edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, uzunmüddətli elektrik kəsintiləri xüsusilə paytaxt sakinlərinin gündəlik həyatını iflic edib. Havanın həddindən artıq isti olması səbəbindən bir çox sakin sərinləmək üçün gecələri evlərinin damlarında keçirməyə məcbur qalır.

Bildirilib ki, elektrik enerjisinin olmaması su təchizatında da ciddi problemlərə səbəb olub. Şəhərdəki çoxmərtəbəli binalarda su nasosları elektriklə işlədiyi üçün minlərlə sakin günlərlə susuz qalıb.

51 yaşlı Havana sakini Yunaisi Durruti bildirib ki, artıq bir həftədir evindəki kranlardan su gəlmir. Onun sözlərinə görə, elektrik enerjisi qısa müddətə bərpa olunsa belə, şəhər şəbəkəsindəki nasazlıqlar səbəbindən su anbarları dolmur.

Sakinlər məişət ehtiyaclarını qarşılamaq üçün alternativ yollar axtarmağa məcbur qalıblar. Durruti çimmək, yemək bişirmək və paltar yumaq üçün elektrik kəsintilərinin daha az olduğu qohumlarının evinə getdiyini bildirib. Eyni zamanda, bir çox ailə məhsullarının xarab olmaması üçün soyuducularını boş saxlamağa üstünlük verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…