Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye və Sumı vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.
Məlumata əsasən, "Vostok" qoşun qruplaşmasının bölmələri Zaporojye vilayətində yerləşən Kriniçnoye kəndini tam nəzarətə götürüb.
Eyni zamanda, "Sever" qoşun qruplaşmasının bölmələrinin Sumı vilayətinin Xarkovka yaşayış məntəqəsində möhkəmləndiyi qeyd olunur.
Rusiya tərəfi həmçinin bildirir ki, Ukrayna ordusu mütəmadi olaraq PUA-lar və digər vasitələrlə Rusiyanın sərhədyanı bölgələrini, xüsusilə Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin bu addımın məqsədini Donbas sakinlərinin müdafiəsi, habelə Ukraynanın silahsızlaşdırılması kimi qiymətləndirib. Buna cavab olaraq Qərb dövlətləri Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib.