Əsas məzmuna keç

Zaporojye AES-də təmir üçün lokal atəşkəs elan edildi

Zaporojye AES-də təmir üçün lokal atəşkəs elan edildi

Rusiya və Ukrayna Zaporojye AES-in enerji xətlərini bərpa etmək üçün razılaşdı. Rafael Qrossi təmir işləri üçün yaradılan mühüm təhlükəsizlik zonasını açıqladı.

en ru

" və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) vasitəçiliyi ilə Atom Stansiyasını qidalandıran yüksək gərginlikli elektrik ötürmə xəttində təmir işlərinin aparılması üçün lokal barədə razılığa gəliblər".

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı MAQATE-nin "X" hesabında yaydığı məlumatda bildirilir.

“Müvəqqəti ehtiyat 330 kV-luq elektrik təchizatının bərpası məqsədilə MAQATE-nin vasitəçiliyi ilə əldə olunmuş daha bir lokal atəşkəs qüvvəyə minib”, - məlumatda qeyd olunur.

MAQATE-nin baş direktoru Rafael Qrossinin sözlərinə görə, təmir briqadalarının təhlükəsiz çıxışını təmin etmək üçün minatəmizləmə işləri davam etdirilir.

Son aylarda Ukrayna ilə Rusiya arasında bir neçə lokal atəşkəs elan olunub və bu müddətdə təmir briqadaları zədələnmiş elektrik ötürmə xətlərini bərpa ediblər.

Qrossi daha əvvəl bildirmişdi ki, yanvar ayında agentlik Zaporojye AES-də zədələnmiş 330 kV-luq paylayıcı qurğudan təxminən 10 kilometr məsafədə müvəqqəti atəşkəs zonasının yaradılması ilə bağlı məsləhətləşmələrə başlayıb.

Son ehtiyat 330 kV-luq elektrik xətti döyüş əməliyyatları səbəbindən söndürülüb və hazırda stansiya yalnız bir işlək 750 kV-luq xəttdən asılı vəziyyətdədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…