Operativ Məlumat Mərkəzi

Rusiya Hərbi Dəniz Donanmasında beş yeni diviziya yaradılacaq

1 dəq
Paylaş:
Rusiya Hərbi Dəniz Donanmasında beş yeni diviziya yaradılacaq

Rusiya Hərbi Dəniz Qüvvələrində mövcud bölmələr əsasında beş diviziya və dəniz briqadası olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, bu, Hərbi Dəniz Qüvvələrinin ayrıca bir qolu olan Dəniz Piyadalarının döyüş qabiliyyətini artırmaq üçün lazımdır.

Evmenov donanmalarda olan beş dəniz briqadasının dəniz diviziyalarına, Xəzər Donanmasının dəniz alayının isə briqadaya çevriləcəyini açıqlayıb.

Komandan həmçinin bildirib ki, sahil qoşunlarının “Bastion” və “Bal” kimi yeni raket kompleksləri ilə təchiz edilməsi yaxın dəniz zonasında düşmən gəmilərini məğlub etmək üçün donanmanın hücum imkanlarını artırmağa imkan verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər