Əsas məzmuna keç

Rusiya Ermənistandan məhsul idxalına qoyulan qadağaların səbəbini açıqlayıb

Rusiya Ermənistandan məhsul idxalına qoyulan qadağaların səbəbini açıqlayıb

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlərin siyasi xarakter daşımadığını bəyan edib.

en ru

Rusiya Federal Nəzarət Xidmətinin () rəhbəri Sergey Dankvert Ermənistandan idxal olunan bir sıra ərzaq məhsullarına qoyulan qadağaların yalnız texniki pozuntularla bağlı olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə bu addımın heç bir siyasi motiv daşımadığını vurğulayıb.

Dankvertin sözlərinə görə, qurumun qərarı illərlə toplanmış laboratoriya tədqiqatları, tədarük məlumatları və qeydə alınan pozuntulara əsaslanır.

Əsas problemin istehsalçılar tərəfindən keyfiyyətə nəzarətin zəif olması olduğunu qeyd edən rəsmilər, istehsal və yükləmə mərhələləri arasında daxili nəzarət mexanizmlərinin çatışmazlığına diqqət çəkiblər.

Məsələn, minlərlə dəstə göyərtinin eyni partiyada və bir avtomobildə daşınması nəzarət orqanlarının hər bir məhsul vahidini yoxlamasını çətinləşdirir. Bu isə öz növbəsində fitosanitar təhlükəsizliyin təmin edilməsini mümkünsüz edir.

Qeyd edək ki, Ermənistanın məhsulları ixracının 90%-dən çoxu Rusiyanın payına düşür. Hazırda Ermənistanın üzrə Müfəttişlik Orqanı ilə birgə yoxlamalar davam edir və bəzi müəssisələr üçün məhdudiyyətlər artıq aradan qaldırılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…