ABŞ Ermənistandan istifadə etməklə, Rusiyaya qarşı yeni bir cəbhə formalaşdırır - ŞƏRH

ABŞ Ermənistandan istifadə etməklə, Rusiyaya qarşı yeni bir cəbhə formalaşdırır - ŞƏRH
28.11.2023 14:45
Aa
dəq

Fransa açıq şəkildə Cənubi Qafqazda siyasi proseslərə müdaxilə edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasına qarşı çıxır və əgər hər hansısa təmaslar, görüşlər baş tutacaqsa, burada mütləq şəkildə rəsmi Paris iştirak etmək istəyir. Çünki Avropa siyasi birliyi çərçivəsində gördük ki, Praqada mütləq sürətdə Fransa dövləti və onun Prezidenti Emmanuel Makron masa arxasında əyləşmək niyyətini güdürdü. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Bunun ardınca Qranadada baş tutan görüşdə Azərbaycan prezidenti iştirak etməsə də, regionun sərhədləri və ərazi bütövlüyü çərçivəsində də sənəd imzalandı. Fransanın Ermənistana Gürcüstan ərazisi vasitəsilə zirehli maşınlar göndərməsi baxmayaraq ki, Gürcüstanın Pot limanında uzun müddət qalmasına rəğmən nəhayət bu silahların Ermənistana göndərilməsi də göstərir ki, Fransa həm də hərbi texniki cəhətdən Ermənistanı gücləndirmək niyyətindədir. Bu isə təhdidləri genişləndirir, sanki yeni müharibə üçün hazırlığı özündə təcəssüm etdirir.

Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, Fransanın ardınca ABŞ da yavaş-yavaş qərəzli münasibətini inkişaf etdirir. ABŞ-ın əsas addımları Rusiyanın Ermənistana hər hansısa məhdudlaşdırıcı tədbirləri, embarqoları təyin edəcəyi təqdirdə, Amerikanın Ermənistana yardımlarını özündə əks etdirən bir neçə maddəlik birgə məsləhətləşmələri və birgə addımları özündə birləşdirən sənədin imzalanması da göstərir ki, Cənubi Qafqazda ABŞ Ermənistandan istifadə etməklə, Rusiyaya qarşı yeni bir cəbhə formalaşdırır. 

Cənubi Qafqazda əlbəttə ki, Rusiya-Ukrayna müharibəsinin başlanması ilə ikinci cəbhənin açılmasına dair bir sıra ehtimallar var idi. Bunu Gürcüstanla etmək istəyirdilər, Gürcüstan Rusiya əleyhinə sanksiyalara qoşulmadı. İndi belə görünür ki, KTMT-də daimi nümayəndənin Ermənistan tərəfindən geri çağırılması, KTMT Avrasiya İqtisadi Birliyi MDB çərçivəsində Ermənistanın açıq şəkildə təmsil olunmamaq niyyətləri, Minskdə keçirilən sammit çərçivəsində KTMT-nin iclasında Ermənistanın yalnız öz bayrağı ilə təmsil olunması əlbəttə ki, Rusiyanın qəzəbinə səbəb olur. Hələki Rusiya Ermənistana çox ciddi addımlar atmasa da, sanki Rusiya-Ukraniya müharibəsinin bitməsilə, Rusiyanın Ermənistanı cəzalandırılacağı gözlənilir.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu