Operativ Məlumat Mərkəzi

“Rusiya-Ermənistan müdafiə müqavilələri vaxtında yerinə yetirilib”

1 dəq
Paylaş:
“Rusiya-Ermənistan müdafiə müqavilələri vaxtında yerinə yetirilib”
bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "TASS" agentliyinə müsahibəsində bildirib. "Rusiya Federasiyası ilə Ermənistan Respublikası...

Rusiya ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq üzrə demək olar ki, bütün sazişlər səmərəli və vaxtında yerinə yetirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "TASS" agentliyinə müsahibəsində bildirib.

"Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 2013-cü il iyunun 25-də imzalanmış sazişə əsaslanan ikitərəfli müdafiə əməkdaşlığı ənənəyə söykənir. Demək olar ki, əvvəllər imzalanmış bu tipli sazişlərin hamısı ya səmərəli və vaxtında yerinə yetirilib”, - deyə rusiyalı diplomat qeyd edib.

Kopırkin Moskva və İrəvan arasında əlavə sazişlərin imzalanmasını müzakirə etdiyini də vurğulayıb. “Müdafiə sahəsində əməkdaşlıq sahəsində yeni sazişlər müzakirə olunur”, - deyə o bildirib və əlavə edib ki, hazırda Rusiya və Ermənistanın müvafiq dövlət qurumları bütün müvafiq iş nüanslarını sıralayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər