Türkiyənin 32 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.
Əməliyyat zamanı 304 şübhəli şəxs saxlanılıb.
Nazir Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə Şöbəsi ilə əlaqələndirilmiş şəkildə eyni vaxtda “Qəhrəmanlar-34” əməliyyatı təşkil etdiklərini vurğulayıb.
İstanbul, İzmir və Şanlıurfa da daxil olmaqla, həmin bölgələrdə 300-dən çox şübhəli nəzarətə alınıb.
Ə.Yerlikaya son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.