Əsas məzmuna keç

Şahin Şıxlinski axtarışa verilib

Şahin Şıxlinski axtarışa verilib

Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib. O, Rusiya Cinayət Məcəlləsinin...

Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şahin Şıxlinski Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.

Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı.

Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb.

Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə açılıb.

Barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…