Əsas məzmuna keç

Rusiya Britaniyanı hədələdi

Rusiya Britaniyanı hədələdi

Mariya Zaxarova London və Parisin raket texnologiyası qərarını "odla oynamaq" adlandırıb. Storm Shadow raketləri müharibəni hansı yeni mərhələyə daşıyır?

en ru

Ukraynaya verdiyi dəstəyə görə Böyük Britaniyanın hərbi hədəflərinin vurula biləcəyi barədə xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Böyük Britaniyaya Londondan müharibə ilə bağlı mövqeyinə yenidən baxmağı tələb edib.

O, hazırkı vəziyyətin münaqişəni tamamilə yeni mərhələyə keçirə biləcəyini bildirib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında Böyük və Fransanın Ukraynaya dəqiq zərbə imkanına malik texnologiyaları təqdim etməklə “ oynadığını" deyib.

Böyük Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada isə Rusiyanın Britaniya hökumətinin Ukraynada, eləcə də Böyük Britaniya və müttəfiqlərinə qarşı Rusiyanın təcavüzünə müqavimət göstərmək əzmindən şübhələnməməli olduğu bildirilib.

Böyük Britaniya bir neçə gün əvvəl Ukraynaya Rusiyanın ərazisinin dərinliklərindəki hədəfləri vurmaq imkanına malik " Shadow" uzaqmənzilli qanadlı raketlərinin istehsalına başlamaq üçün Kiyevə məxfi texnologiyalara çıxış imkanı verəcəyini açıqlamışdı. Fransa da Avropada istehsal olunan raket üçün müvafiq texnologiyanın lisenziyalaşdırılmasına razılıq verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…