Əsas məzmuna keç

Rusiya Azərbaycana iki nəfəri ekstradisiya edib

Rusiya Azərbaycana iki nəfəri ekstradisiya edib

Rusiya Federasiyasında saxlanılan şəxslər Bakıya gətirildi. Baş Prokurorluğun tələbi ilə həyata keçirilən beynəlxalq əməliyyatın təfərrüatları məlum oldu.

en ru

vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, şəhəri Nizami Rayon İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən də barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.

Hər iki şəxs Rusiyada saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…