Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burdanı nazirliyə çağırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, buna səbəb Rumıniyanın daha əvvəl rusiyalı diplomatı “arzuolunmaz şəxs” (persona non qrata) elan etməsi olub.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında Rumıniyanın qərarı əsassız adlandırılıb.
Bildirilib ki, Moskva cavab addımı olaraq Rumıniya səfirliyinin əməkdaşlarından birinin “arzuolunmaz şəxs” elan edilməsi barədə diplomatik nota təqdim edib.
Xatırladaq ki, rəsmi Buxarest son günlər ölkə ərazisinə üç pilotsuz uçuş aparatının (İHA) düşməsini əsas gətirərək rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Rumıniya hökuməti bu addımla yanaşı, Ukraynaya dəstəyini davam etdirəcəyini də bəyan edib.