Argentinanın Rosario şəhərində Lionel Messinin şərəfinə milli komandanın 30 metrlik futbolkası quraşdırılıb. “Infobae”nin məlumatına görə, instalyasiya Milli Bayraq Abidəsinin qarşısında yerləşdirilib.
Futbolkada Messinin geyindiyi 10 nömrə və “Gracias” (“Təşəkkürlər”) yazısı əks olunub. Qurğu oktyabrın 5-nə keçən gecə quraşdırılıb. İnstalyasiya üçün xüsusi işıqlandırma və audiovizual proyeksiya da hazırlanıb.
Argentina millisi oktyabrın 7-də Beninlə yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşma Messi üçün milli komandanın heyətində sonuncu matç olacaq.