Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.
Metsola bildirib ki, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsi münasibətilə təbriklərini çatdırır və Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Gəlin Aİ ilə Ermənistan arasında münasibətləri gücləndirmək üçün bu yeni impulsu davam etdirək”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, parlamentə üç siyasi qüvvənin daxil olduğu bildirilir.
Baş nazir Nikol Paşinyan isə “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə çoxluq qazanaraq hökumət formalaşdıracağını açıqlayıb.