İranın Mehrabad və Kermanşah beynəlxalq hava limanları bütün uçuşların növbəti xəbərdarlığa qədər ləğv edildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Məlumata görə, qərar 8 iyun səhəri İsrailin Tehran, İsfahan və Təbrizə endirdiyi hava hücumlarından sonra verilib.
Qeyd olunub ki, hücumlardan sonra ölkənin bir sıra hava məkanlarında təhlükəsizlik tədbirləri gücləndirilib və mülki aviasiya fəaliyyətində məhdudiyyətlər tətbiq edilib.
Xatırladaq ki, İsrail və İran aprel ayında əldə olunan atəşkəsdən sonra ilk dəfə iyunun 7-də yenidən hərbi əməliyyatlara başlayıblar. Gərginliyin artmasına İsrailin Beyrutda İranın dəstəklədiyi Hizbullah hərəkatına qarşı həyata keçirdiyi hücumlar səbəb olub. Tehran isə buna cavab tədbirləri görüb.