Əsas məzmuna keç

Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşmasından danışdı

Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşmasından danışdı

Ararat Mirzoyan rəsmi İrəvanla Ankara arasında normallaşma prosesinin gedişatını açıqladı: Gümrü-Qars dəmir yolu və birbaşa ticarət üçün hansı addımlar atılır?

en ru

və arasında münasibətlərin normallaşdırılması prosesi davam edir və yaxın gələcəkdə mühüm irəliləyişlərin əldə olunması mümkündür.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Ermənistanın naziri Ararat Milli Məclisin komitələrinin birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında dialoq müxtəlif formatlarda davam etdirilir və işçi qruplar səviyyəsində görüşlər keçirilir.

“Türkiyə ilə dialoqumuz davam edir. Gümrü–Qars dəmir yolunun bərpası ilə bağlı yaradılan işçi qrupunun görüşləri və digər bir sıra təmaslar baş tutub”, - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, yaxın perspektivdə münasibətlərin normallaşması istiqamətində nəzərəçarpacaq nəticələr əldə oluna bilər.

“Çox yaxın gələcəkdə Türkiyə ilə münasibətlərimizin tam normallaşması baxımından əhəmiyyətli irəliləyiş əldə edəcəyimizə inanırıq”, - nazir vurğulayıb.

Mirzoyan həmçinin bildirib ki, artıq iki ölkə arasında birbaşa mövcuddur, lakin bu proses hələ də üçüncü ölkələr vasitəsilə həyata keçirilir.

Nazir normallaşma prosesinin tam razılaşma ilə nəticələnəcəyinə ümid etdiyini də əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…