Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Estoniya XİN: Ermənistan xalqı Aİ ilə daha sıx əməkdaşlığı dəstəkləyir

2 dəq
Paylaş:
Estoniya XİN: Ermənistan xalqı Aİ ilə daha sıx əməkdaşlığı dəstəkləyir

Estoniyanın naziri Marqus Tsahkna Ermənistanın Nikol Paşinyanı və “Vətəndaş Müqaviləsi” Partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, seçki nəticələri xalqının demokratik islahatlara, regional sabitliyə və Avropa tərəfdaşları, eləcə də Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa güclü dəstəyini əks etdirir.

“Ermənistanda parlament seçkilərində qələbə qazanan Nikol Paşinyanı və Vətəndaş Müqaviləsi Partiyasını təbrik edirik”, - deyə o qeyd edib.

Marqus Tsahkna əlavə edib ki, Estoniya və son illərdə ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etdirib və bu müsbət dinamikanın davam etdirilməsinə ümid edir.

Onun sözlərinə görə, təzyiq və qorxutmalara baxmayaraq, Ermənistanın Avropa tərəfdaşları ilə əməkdaşlığa dəstəyi diqqət çəkir.

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, parlamentə dörd siyasi qüvvə daxil olub. “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz səslə öndə gedir və hökumət qurmaq üçün çoxluq əldə edəcəyi gözlənilir.

Nikol Paşinyan artıq bu nəticələr əsasında partiyasının hökumət formalaşdıracağını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax