Əsas məzmuna keç

Riçard Almeyda Azərbaycana qayıtdığına işarə edən paylaşım edib

Riçard Almeyda Azərbaycana qayıtdığına işarə edən paylaşım edib
— Foto: idman.biz

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi sosial şəbəkədə Azərbaycan bayrağı ilə müşayiət olunan mesaj yayımlayıb. Futbolçunun hazırda harada olduğu və səfərinin məqsədi açıqlanmayıb.

en ru

“”ın və millisinin sabiq yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycana qayıtdığına işarə edən paylaşım edib. 37 yaşlı futbolçu “Instagram” hekayəsində Azərbaycan bayrağı ilə portuqal dilində mesaj yayımlayıb.

“Yaxşı övlad evinə qayıdar. Yaxşı dostlarla yenidən görüşmək, onlar üçün darıxmağa son qoymaq, hər zaman xoşbəxt olduğumuz gözəl anları xatırlamaq...” – Almeyda yazıb.

Almeydanın karyerası

Futbolçunun hazırda harada olduğu və səfərinin məqsədi barədə məlumat yoxdur. Almeyda 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılaraq karyerasını Braziliyada davam etdirib. 2026-cı ilin martında o, “Primavera”dan “XV Piracicaba”ya keçib. Sentyabrda Almeyda diz bağlarından aldığı zədə səbəbindən əməliyyat olunduğunu açıqlayıb.

“Qarabağ”da 376 oyuna çıxan yarımmüdafiəçi 64 qol vurub, doqquz dəfə Azərbaycan çempionu olub və beş dəfə ölkə kubokunu qazanıb. Azərbaycan millisində isə 31 oyun keçirərək üç qol vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…