Azərbaycan futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk oyununu keçirəcək. 12-ci qrupda mübarizə aparan yığma Çexiya komandası ilə qarşılaşacaq.
Lənkəran Olimpiya İdman Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Bu, Azərbaycan millisinin Bakıdan kənarda, bölgədə keçirəcəyi ilk rəsmi beynəlxalq oyun olacaq.
Matçı italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Çiara Peronaya Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Görüşün vaxt hakimi İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.
Azərbaycan millisi növbəti matçını noyabrın 8-də Latviyaya qarşı keçirəcək. Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.