Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in seçmə mərhələsinin əsas raundunda ilk oyununa çıxacaq. Komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Fridek-Mistek şəhərindəki “Hala Polarka” İdman Arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Matçı İngiltərə təmsilçisi Peter Nurse, Uelsdən Valentin Siuplea və Şotlandiyadan Dunkan Maklulliç idarə edəcəklər.
Azərbaycan millisi 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə mübarizə aparır. Çexiya ilə görüş qrup mərhələsində komandanın ilk oyunu olacaq.