Azərbaycanın futzal millisi FIFA 2028 Dünya Çempionatının seçmə mərhələsinin əsas raundunun qrup mərhələsində ilk oyununu oktyabrın 16-da keçirəcək.
Komanda səfərdə Çexiya ilə üz-üzə gələcək. Fridek-Mistek şəhərindəki “Hala Polarka” arenasında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Azərbaycan millisinin oyun üçün heyətinə 14 futzalçı daxil edilib:
- Fərid Atakişiyev (“Neftçi” İK)
- Emin Kürdov (“Araz-Naxçıvan”)
- Kamran Hacıyev (“Neftçi” İK)
- Nihad İsmayılov (“Neftçi” İK)
- Emil Həsənzadə (“Neftçi” İK)
- Tofiq Əliyev (“Neftçi” İK)
- Murad Quluzadə (“Araz-Naxçıvan”)
- Kənan Manafov (“Araz-Naxçıvan”)
- Oktay Rüstəmli (“Araz-Naxçıvan”)
- Ədalət Ələkbərov (“Araz-Naxçıvan”)
- Nurlan Məmmədov (“Araz-Naxçıvan”)
- Eldar Zeynalov (“Araz-Naxçıvan”)
- Novruz Kazixanov (“Araz-Naxçıvan”)
- Ülvi Əliyev (“Araz-Naxçıvan”)