Əsas məzmuna keç

Meksikada qasırğa və tropik fırtına 6 nəfərin ölümünə səbəb olub

Meksikada qasırğa və tropik fırtına 6 nəfərin ölümünə səbəb olub

“Simon” qasırğası və “Rachel” tropik fırtınasının təsir etdiyi bölgələrdə güclü yağış və torpaq sürüşmələri baş verib. Daha 5 nəfər itkin düşüb.

en ru

Milli Qasırğa Mərkəzinin (NHC) rəsmi məlumatına görə, Sakit okean hövzəsində tüğyan edən “Simon” qasırğası 1-ci kateqoriya səviyyəsinə qədər güclənərək Meksikanın Nayarit və Sinaloa ştatlarında kütləvi leysan yağışlarına və təbii fəlakətə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fəlakət zonasında çaylarda suyun səviyyəsinin kritik həddi aşması və genişmiqyaslı daşqın təhlükəsi ilə əlaqədar Meksikanın fövqəladə xidmətləri və mülki müdafiə qüvvələri yüksək hazır təcili rejimə keçirilib.

“Simon” qasırğası və “Rachel” tropik fırtınasının eyni vaxtda təsir göstərdiyi Qerrero (Guerrero) bölgəsində, eləcə də Aşağı Kaliforniya (Baja California) ştatının Ensenada şəhərində şiddətli leysanlar və torpaq sürüşmələri nəticəsində azı 6 nəfər həlak olub, 5 nəfər isə itkin düşüb.

Ensenada ərazisindəki El-Pipila (El Pípila) çayının daşması nəticəsində subasmaya məruz qalan məntəqələrdə axtarış-xilasetmə əməliyyatlarına Silahlı Qüvvələrinin 300-dən çox hərbi qulluqçusu və xüsusi texnikası cəlb olunub.

Təbii fəlakət nəticəsində meydana gələn güclü sel suları infrastruktura, yüzlərlə yaşayış evinə və vasitələrinə ciddi ziyan vurub, bəzi yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi kəsilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…