Əsas məzmuna keç

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Laos dövlət başçısı Bakıya səfəri çərçivəsində innovativ idarəetmə modeli olan ASAN xidmətin iş prinsipi və vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olub.

en ru

Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində " " mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Laos Prezidenti "ASAN xidmət"in fəaliyyətindən təsirləndiyini, onun və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.

Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidməti və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…