Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə ən böyük sahə Cəbrayıl rayonunda (9110,4 hektar) icra olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu rəsmi göstərici Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən, 2025-ci ildə həyata keçirilmiş minatəmizləmə əməliyyatlarının digər ərazilər üzrə bölgüsü aşağıdakı kimidir:
- Laçın: 8718,6 hektar
- Füzuli: 8526,2 hektar
- Xocavənd: 8203,6 hektar
- Ağdərə: 7893,3 hektar
- Ağdam: 7672,1 hektar
- Xocalı: 4995,7 hektar
- Zəngilan: 4063,4 hektar
- Qubadlı: 3514,8 hektar
- Kəlbəcər: 3008,2 hektar
- Şuşa: 856,3 hektar
- Xankəndi şəhəri: 360,8 hektar
- Tərtər: 12,8 hektar
- Digər rayonlar: 2269,5 hektar