"Real" özbək futbolçu ilə maraqlanır

"Real" özbək futbolçu ilə maraqlanır
06.01.2025 19:09
Aa
dəq

"Real" müdafiəçi Abdukodir Xusanova maraq göstərən klublar siyahısındadır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Foot Mercato"ya istinadən xəbər verir ki, Madrid klubu "Lens"in müdafiəçisi üçün əlaqə yaradıb.

Eyni zamanda, İngiltərənin "Nyukasl" və "Mançester Siti" klubları da 20 yaşlı Xusanova xüsusi maraq göstərən klublardandır.

Abdukodir Xusanov 2023-cü ilin yayından "Lens"də çıxış edir. O vaxtdan bəri müdafiəçi 31 oyun keçirib.

“Transfermarkt” portalı Xusanovun qiymətini 12 milyon avro qiymətləndirir. Abdukodir Özbəkistan millisinin futbolçusudur.

Həftənin ən çox oxunanları