"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes "Real Madrid"in marağında qalmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "kral klubu" argentinalının transferini klublararası dünya çempionatından sonra başa çatdırmaq niyyətindədir.
Bununla belə, "Çelsi" oyunçusu üçün nə az, nə çox, 150 milyon funt-sterlinq istəyəcək.