"Real Madrid" "Bornmut"un mərkəz müdafiəçisi Din Huyseni transfer etmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “kral” klubunun bossları qarşıdakı transfer pəncərəsində 20 yaşlı futbolçu ilə danışıqlara başlayacaqlar.
"Transfermarkt" Din Huysenin dəyərini 42 milyon avro olaraq qiymətləndirir.
Mərkəz müdafiəçisinin "albalılar"la müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi var.
Futbolçunu almaqda "Liverpul", "Bavariya" və "Çelsi" də maraqlıdır.