“Bornmut” rəhbərliyi yarımmüdafiəçi Aleks Skottun “Çelsi”yə mümkün transferi ilə bağlı qərarını verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, klub 23 yaşlı futbolçunu ən azı mövsümün sonunadək komandada saxlamağa qəti qərarlıdır.
“Çelsi”nin ciddi marağına baxmayaraq, Skottun yanvar ayında transferi demək olar ki, mümkün hesab edilmir.
Skottun transfer dəyəri
Futbolçunun gələn yay satılması isə istisna edilmir. “Bornmut” daxilində Skottun dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.
Skott bu mövsüm bütün turnirlər nəzərə alınmaqla altı oyunda meydana çıxıb. O, həmin qarşılaşmalarda bir qol vurub və iki məhsuldar ötürmə edib.