Əsas məzmuna keç

Rayonlarda leysan yağışları və güclü külək müşahidə olunub

Rayonlarda leysan yağışları və güclü külək müşahidə olunub

Ekologiya Nazirliyi açıqladı: Şəki, Qəbələ və Oğuzda müşahidə olunan qeyri-sabit şərait, dolu ehtimalı və küləyin sürəti ilə bağlı son məlumatlar burada.

en ru

Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı davam edib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar xarakterli intensiv olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 1-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Rayonlarda düşən yağıntının miqdarı: Şahdağda 51 (aylıq normanın 151 %-i), Qusarda 28 (aylıq normanın 83 %-i), Qəbələdə 18, Xızı, Xaltan, Şabranda 14, Qrızda 13, Xınalıq, Ağstafada 10, Lerik, Oğuzda 8, Zaqatala, Qax, , Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara, Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18, Culfada 17 m/s-yə çatıb.

Hava proqnozu

18° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 18° 15°
  2. Sabah Günəşli 19° 17°
  3. Birisi gün Tutqun 19° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…