Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rayonlarda leysan: Faktiki hava açıqlandı

2 dəq
Paylaş:
Rayonlarda leysan: Faktiki hava açıqlandı

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yağıntılı davam edir, arabir şimşək çaxır, xarakterli yağış yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 11-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda () 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, , Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək alınır.

İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 mm, saat 21:12 radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində Daşkəsən rayonuna diametri 15 mm, eyni zamanda rayonun Quşçu, Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun 11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax