Əsas məzmuna keç

Rasim Həsənov 4 ağır maddə ilə ittiham edilir - Məhkəmə

Rasim Həsənov 4 ağır maddə ilə ittiham edilir - Məhkəmə

Müdafiə Nazirliyi rəsmisi Rasim Həsənovun rüşvət və korrupsiya işi üzrə istintaq bitdi. Bakı Hərbi Məhkəməsində hakim qarşısına çıxacaq şəxsin dosyesi bəlli olub.

en ru

Əlövsət oğlu Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə alması və digər qanunsuz əməllərə yol verməsi barədə yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə həmin vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Eyni zamanda, cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…